XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Noyabr 2015 - 06:43

Hava yollarında tətil – 400-ə yaxın reys ləğv olundu

Almaniyanın nəhəng hava yolları şirkəti “Lufthansa”nın əməkdaşları tətilə başlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, tətilə görə 400-ə yaxın aviareys ləğv olunub.

Onlardan 23-ü Frankfurt-na-Mayn və Düsseldorf aeroportlarından uçmalı olan reyslərdir. Noyabrın 13-dək davam edəcək tətil “Lufthansa Group”un törəmə şirkətləri olan “Lufthansa CityLine”, “Germanwings, Eurowings”, “Air Dolomiti”, “Austrian Airlines”, “SWISS” və “Brussels Airlines”ə aid olmayacaq.

Bu, “Lufthansa”nın 60 illik tarixində ən uzunmüddətli tətildir. Həmkarlar İttifaqı (UFO) şirkət əməkdaşlarının tələblərini yerinə yetirmədiyi üçün işçilər tətilə qərar verib.