ABŞ prezidenti Barak Obama nəhəng “Keystone XL” neft borusunun tikintisi layihəsindən imtina edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama Kanada neftini ABŞ-ın neft emalı zavodlarına çatdırmağı nəzərdə tutan kəmərin tikintisinin ölkəsinin maraqlarına zidd olduğunu bildirib: “ABŞ dövlət katibi Con Kerri məni layihənin milli maraqlarımıza zidd olduğu ilə bağlı məlumatlandırdı. Mən bu fikirlə razıyam”.
Obama onu da bildirib ki, məsələ ilə bağlı Kanada baş naziri ilə də danışıb. Və baş nazir qərardan təəssüfləndiyini bildirib.
Uzunluğu 1900 kilometr (1400 kilometrlik hissəsi ABŞ ərazisində) olan kəmərin tikintisi ətraf mühitin mühafizəsi ilə məşğul olan bir sıra təşkilatların tərəfindən də tənqid olunurdu.
Obama tikinti ilə bağlı qanun layihəsinə hələ bu ilin fevralında veto qoymuşdu.