XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 18:09

Almaniyada müharibə zamanı partlamamış iki bomba tapılıb:50 min insan evindən evakuasiya olunub -FOTO

Almaniyanın şimal-qərbində yerləşən Hannover şəhərində rəsmilər İkinci Dünya Müharibəsi dövrünə aid bombanı zərərləşdirməyə hazırlaşdığı üçün 50 min sakinin evlərindən çıxmaları tələb olunub.

Şəhər rəsmiləri deyir ki, tikinti sahəsi və ona yaxın ərazilərdə iki bomba aşkar olunub.

Müharibədən 70 il sonra Almaniya ərazisində hələ də mütəmadi olaraq partlamamış bombalar tapılır. Bu bombalar, Müttəfiq qüvvələrin Nasist Almaniyasına qarşı apardığı intensiv bomba kampaniyalarının nəticəsidir.

Almaniyanın yayım şırkəti Deutsche Welle bildirir ki, təkcə 1943-cü ilin oktyabrın 9-da şəhərə 261 min bomba atılıb və onların çoxu hələ də partlamayıb. Rəsmilər vaxt keçdikcə və bombanın tərkib hissələri parçalandıqca, bu bombaların daha da təhlükəli hal aldığını deyir.

Buna bənzər ən böyük evakuasiya ötən Milad günü baş verib. O zaman partlamamış Britaniya bombasını zərərləşdirmək üçün Almaniyanın cənubunda yerləşən Auqsburq şəhərinin 54 min sakini evlərində çıxarılmışdı. (Amerikanın səsi)