Xilasetmə qrupları İranın Gülüstan vilayətindəki qəza baş vermiş mədəndə daha 13 mədənçinin cəsədi çıxarıb.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın Gülüstan vilayəti fövqəladə hallar üzrə idarəsinin baş direktoru Sadiqəli Müqəddəm məlumat verib. O bildirib ki, xilasedicilər 2 nömrəli tuneldə partlayış məkanına çatıblar və bu cəsədləri aşkarlayıblar. Mədənçilərin cəsədi müəyyənləşdirilməsi üçün tibbi ekspertizaya təhvil verilib.
Ötən çərşənbə günü İranın şimalında Azadşəhr şəhərində Zemestan Yurt mədənində partlayış 35 nəfərin həlak olması ilə nəticələnib.