XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 09:30

Ukraynada bu gündən milis gedir, polis gəlir – FOTO

Bu gündən Ukraynada «Milli polis haqqında» qanun qüvvəyə minir. Bu o deməkdir ki, ölkədəki bütün milislər bundan sonra polis adını daşıyacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qanun həm də asayiş keşikçilərinin statusunu, yeni hüquq və vəzifələrini müəyyən edir.

Yeniliklərdən birinə görə, polis yalnış park olunmuş və ya digər nəqliyyat vasitələrinin keçidinə mane olan avtomobili cərimə meydançasına apara bilər.  

Milli polisə Gürcüstanın keçmiş təhsil naziri Xatiya Dekonaidze rəhbərlik edəcək.