XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2017 - 20:09

Tailandda ticarət mərkəzində terror –50 nəfər ölüb, xeyli yaralı var

Tailandda baş vermiş partlayışlarda 50 nəfər həlak olub, xeyli yaralanan var.

Bu barədə "The Sun" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Pattani vilayətində, ticarət mərkəzində qeydə alınıb. Belə ki, ilk partlayış univermağın girişinin yaxınlığında baş verib. İnsanlar ticarət mərkəzindən qaçdıqda ikinci partlayış törədilib.

Məlumata görə, naməlum şəxslər ticarət mərkəzinin qarşısında dayanıblar. Bundan sonra mağazaya partlayıcı maddə atıblar. 

Regional polisin rəhbəri Ronnasilp Pxusar isə bildirib ki, partlayışlar avtomobilə yerləşdirilmiş bomba vasitəsilə törədilib. O, hələlik hadisənin təfərrüatı barədə məlumatsız olduğunu əlavə edib. 

Report