XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2017 - 21:44

Ruhanidən əsas rəqibinə ismarıc:“Əlindən müxalifləri həbsə salmaqdan başqa heç nə gəlmir"

İran Prezidenti Həsən Ruhani prezident seçkisində ən yaxın rəqibi olan İbrahim Rəisini sərt tənqid edib.

Ruhani Rəisi haqqında sərt fikirlərini azərbaycanlıların yaşadığı Həmədan şəhərində dilə gətirib. O, Rəisini müxaliflərə qarşı represiyalarda günahlandırıb:

“Onların əlindən müxalifləri həbsə salmaqdan və ya edam etməkdən başqa heç nə gəlmir. İran milləti son 38 ildə edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir”.

Daha sonra farsların yaşadığı Kirmanşah şəhərinə yollanan Ruhani burada Rəisi haqqında daha sərt sözlər deyib:

“Niyə ürək sözlərinizi gənclərə demirsiniz? Niyə xüsusi iclaslarda dedikləriniz sözləri burada uca səslə dilə gətirmirsiniz? Niyə cavanlara demirsiniz ki, siz onları ölkə üçün bir fürsət yox, təhdid sayırsınız? Sizlər ölkənin mühasirədə qalmasını istəyir, İran gənclərinin dünya ilə əlaqəsini kəsmək istəyirsiniz. Niyə xəlvətdə danışdığınız bu sözləri açıq şəkildə cavanların üzünə demirsiniz?”.

Qeyd edək ki, İbrahim Rəisi 1988-ci ildə minlərlə müxalif gəncin ölümündə əsas günahkarlardan biri hesab edilir. O zaman 28 yaşı olan Rəisi baş prokurorun müavini vəzifəsində çalışıb.

Axar.az