ABŞ-da dərc olunan məşhur “Forbes” jurnalı 2015-ci ildə dünyanın ən nüfuzlu 73 şəxsinin adını açıqlayıb.
İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi 2015-ci ildə dünyanın ən nüfuzlu 73 şəxsi arasında 18-ci yer tutub. Siyahıda Əli Xamneyidən sonra İsrailin Baş naziri Benyamın Netanyahu 21-ci, Beynəlxalq Valyuta Fondunun sədri Krisina Laqar 23-cü, BMT-nin baş katibi Pan Gi Mun isə 40-ci yerdə qərarlaşıblar.
Siyahının ilk üçlüyünə Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Barak Obama başçılıq edirlər.