XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2017 - 10:51

Avropa İttifaqı Cenevrə danışıqlarınınbərpasını dəstəkləyir

Avropa İttifaqı (Aİ) siyasi Suriyada siyasi nizamlanmanın gedişini və Cenevrə danışıqlarının bərpasını dəstəkləyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moqerini deyib.

"Biz Cenevrə danışıqlarının gələn həftə bərpa edilməsini dəstəkləyirik. Aİ BMT-nin müşayiətində olan siyasi prosesə cəlb olunub və bu işləri bütün olan vasitələrlə davam etdirəcək", – Moqerini deyib.

Qeyd edək ki, bazar ertəsi BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bildirib ki, mayın 16-da BMT-nin himayəsi altında Cenevrə danışıqlarını bərpa etmək niyyətindədir.