XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 14:09

Rusiya və Britaniyanın turizm bazarından çıxması Misirə güclü zərbə vuracaq

misir turist.jpg

Rusiya və Böyük Britaniyanın turizm bazarından çıxması Misirə güclü zərbə vuracaq.

Belə bir bəyanatla Misirin Turizm Nazirliyi nəzdindəki məsləhət şurasının üzvü Məhəmməd Yusef çıxış edib. Onun sözlərinə görə, ölkənin turizm sektorunda ilk yeri ildə 3 milyon turistlə Rusiya, ikinci yeri isə 1 milyon turistlə Böyük Britaniya tutur. Onların hesabına Misir turist axınının 70 faizindən məhrum ola bilər.

Rusiyanın NTV telekanalı xəbər verir ki, Misirin turizm sahəsi ölkənin ümumdaxili məhsulunun 11,3 faizini təşkil edir və xəzinənin 14 faizini xarici valyuta ilə doldurur. Hakim rejimin devrilməsi ilə nəticələnən 2011-ci ildəki çaxnaşmalara qədər “piramidalar ölkəsini” ildə 15 milyon turist ziyarət edirdi. Bundan sonra rəqəmlər kəskin surətdə aşağı düşüb.

Sinay yarımadasındakı təyyarə faciəsinə qədər ərəb respublikası ilin sonuna qədər 10 milyon xarici turisti qəbul etməyi nəzərdə tuturdu. Turizmdən gələn gəlirin isə 7,5-8 milyard dollar olacağı proqnozlaşdırılırdı.

Xatırladaq ki, bu ərəfədə Rusiya Misirlə hava əlaqəsini kəsib. Turizm operatorları isə bu ölkəyə səfər biletlərinin satışını dayandırıb, bileti olanlara isə Türkiyə və Kiprdə istirahət etmək tövsiyə olunur.

Strateq.az