Tokionun paytaxt vağzalında gələn ay müsəlmanların ibadəti üçün xüsusi otaq açılacaq.
2016-cı ildə Yaponiyanı ziyarət edənlər arasında İslam dininə sitayiş edən turistlərin 30 faiz təşkil etdiyini nəzərə alan “JR Higashi Nihon” şirkəti bu barədə qərar qəbul edib. Şirkət rəhbərliyi həmin regiondan olan turistlərin sayının gələcəkdə artacağını düşünür. Tokio vağzalında həmin otağın iyunun 5-dən açılacağı gözlənilir.
Belə otaqlar Yaponiya paytaxtının Haneda və Narita beynəlxalq aeroportlarında artıq fəaliyyət göstərir. “JR Nishi Nihon” dəmiryolu şirkəti də Osaka vağzalı yaxınlığındakı binada müsəlmanların ibadəti üçün xüsusi otaqlar ayırıb(azərtac).