XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2017 - 13:09

FTB-nin direktoru Ceyms Komiişdən azad edildi

Prezident Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini işdən çıxarıb.

Ağ evin bu barədə bəyanatında deyilir ki, Kominin vəzifədən çıxarılması keçən il ölkədə prezident seçkiləri ərəfəsində Trampın seçkiqabağı kampaniya üzrə köməkçiləri ilə rusiyalı rəsmi şəxslər arasında əlaqələri araşdırmaq üçün FTB tərəfindən aparılan təhqiqat fonunda baş verib. Ağ evin mətbuat katibi Şon Spayser çərşənbə axşamı jurnalistlərə deyib: “Prezident baş prokurorun və baş prokurorun müavininin Federal Təhqiqatlar Bürosunun direktorunun işdən azad edilməsi barədə tövsiyəsini qəbul edib”. Ağ evdə qeyd ediblər ki, FTB-yə yeni direktor axtarışı dərhal başlanacaq.

Komi bu vəzifəyə 2013-cü ildə Prezident Barak Obama tərəfindən 10 il müddətinə təyin edilmişdi. Kominin vəzifədən çıxarılmasının dəqiq səbəbi bildirilmir, lakin Ağ evin bəyanatında deyilir ki, Prezident FTB üçün “yeni başlanğıc” istəyir(azərtac).