XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 13:12

Fitch:"Fransadakı seçkilərdə Makronun qələbə qazanması siyasi risklərin yaranma ehtimalını azaldır"

Fransada keçirilən prezident seçkilərində Emmanuel Makronun qələbə qazanması həm ölkədə, həm də bütövlükdə Avropada ciddi siyasi risklərin yaranma ehtimalını azaldır.

"Report" xəbər verir ki, "Fitch" beynəlxalq reytinq agentliyi belə düşünür.

Eyni zamanda, agentlik Makronun iyun ayında keçiriləcək parlament seçkilərində qalib gəlməmək ehtimalının olduğunu vurğulayıb. Qeyd olunub ki, Makronun tərəfdarları parlament seçkilərində mütləq əksəriyyətin səsini qazana bilməsə belə, o, siyasi proqramının böyük hissəsini reallaşdıra biləcək. Məsələn, yeni seçilmiş prezident qarşı tərəflə və ya onun proqramının müxtəlif aspektlərini dəstəkləmək üzrə azlıqlarla koalisiya müqaviləsi bağlaya bilər.