XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2017 - 13:40

İranın ali rəhbərinin qardaşı prezident seçkisində dəstəklədiyinamizədin adını açıqlayıb

“Mən hamını Həsən Ruhaniyə səs verməyə çağırıram”.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xameneinin qardaşı Hadi Xamenei deyib.
O, mayın 19-da İranda keçiriləcək seçkidə hazırkı prezident və yenidən bu vəzifəyə namizəd olan Həsən Ruhanini dəstəkləyəcəyini bildirib: “Bu dəfə ehtiyatsızlıq daha ciddi fəsada yol aça bilər”.

Qeyd edək ki, mayın 19-da İranda keçiriləcək prezident seçkisində 6 namizəd mübarizə aparacaq.

Xatırladaq ki, Hadi Xamenei 2009-cu ildə keçirilən prezident seçkisində hakimiyyətdaxili islahatçıların nümayəndəsi Mirhüseyn Musəvinin dəstəklədiyini bildirmişdi.