ABŞ hökuməti prezident Donald Trampın 2017-ci ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 3 faiz artacağı ilə bağlı vədinin real olmadığını açıqlayıb.
“Reuters”in məlumatına görə, ticarət naziri Uilbur Ross bildirib ki, ilin sonuna qədər üç faizlik artıma nail olmaq mümkün deyil.
Onun sözlərinə görə, ABŞ Konqresi bu istiqamətdə çox ləng işləyir.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu ABŞ-da bu il üçün 1,9 faizlik iqtisadi artım planlaşdırıb (azadliq.info).