XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 14:41

Türkiyədən ABŞ-ın YPG-yə silah yardımınasərt reaksiya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstələri) silah yardımına sərt reaksiya verib.

Trend-in məlumatına görə, nazir YPG-yə verilən hər bir silahın Türkiyəyə yönələn təhdid olduğunu bildirib:

"Suriyanın ərazi bütövlüyünü dəstəkləyiriksə, yanlış addımlar atmamalıyıq. YPG və PKK ikisi də terror təşkilatıdır. Aralarında heç bir fərq yoxdur, sadəcə adları fərqlidir. Bunların əlinə keçən hər bir silah Türkiyəyə yönələn təhdiddir. Bizim bu məsələ ilə bağlı mövqeyimizi ABŞ rəhbərliyi də çox yaxşı bilir".

M.Çavuşoğlu əlavə edib ki, bu məsələ Vaşinqtonda prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın görüşündə də müzakirə olunacaq.