XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 17:52

Gələn ilin “vergilərini” indidən toplayırlar- Söhbət İŞİD-dən gedir

 

Bir tərəfdən neftin qiymətdən düşməsi, digər tərəfdən Rusiya və ABŞ-ın hücumları İŞİD iqtisadiyyatını ağır vəziyyətə salıb.

Strateq.az xəbər verir ki, İŞİD öz nəzarəti altında olan ərazilərdə gələcək ilin xəracını indidən toplamağa başlayıb. İqtisadi cəhətdən onsuz da ağır vəziyyətdə olan əhali isə xəracları verməkdə çətinlik çəkdiyindən iş yerlərini bağlayır.

Mütəxəssislər bu gedişlə həmin ərazilərdə sosial həyatın tam dayanma nöqtəsinə gələcəyindən ehtiyat edirlər.