XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2017 - 15:06

Litva Rusiya ilə sərhəddə 45 kilometrliksədd tikəcək

Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə tikiləcək 45 kilometr uzunluğunda sədd Litvaya 1,335 milyon avroya başa gələcək. Baltik respublikasının Dövlət Sərhədinin Mühafizəsi Xidməti artıq tikinti işlərini aparacaq podratçı ilə razılığın əldə olunduğunu bildirib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Litva Kalininqrad vilayəti ilə quru sərhədi boyu əlavə elektron nəzarət vasitələri ilə təchiz olunacaq hündürlüyü 2 metrlik məftil sədd çəkmək qərarına gəlib.

Ümumilikdə 294,4 kilometr uzunluğu olan Litva-Rusiya sərhədinin 253,7 kilometri qurudan və daxili su hövzələrindən, 18,5 kilometri Baltik dənizindən keçir. Sərhədin 130 kilometrlik hissəsinin nəzarəti daha problemli sayılır. Tikiləcək sədd Litvanın dövlət sərhədlərinin və Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsini asanlaşdıracaq.