XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2017 - 15:45

Yeni prezident Mun Çje İn Koreya yarımadasındasülhə nail olmaq niyyətindədir

Cənubi Koreyanın yeni Prezidenti Mun Çje İn ölkə parlamentində keçirilən inauqurasiya mərasimində xalqa müraciət edərkən Koreya yarımadasında gərginliyin azalmasına çalışacağını bildirib.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, bir qədər əvvəl ABŞ-ın raket əleyhinə komplekslərinin Cənubi Koreyada yerləşdirilməsinə qarşı çıxan Mun Çje İn Vaşinqton və Pekinlə danışıqlarda bu məsələni yenidən qaldırmağa hazır olduğunu vurğulayıb. Bundan başqa o, şərait yaranacağı təqdirdə Şimali Koreyaya səfər edəcəyini də istisna etməyib.

Xatırladaq ki, Cənubi Koreyada növbədənkənar prezident seçkiləri korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.Mayın 9-da baş tutan seçkiləri Koreya yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçirilib. 41 faizdən artıq səs qazanaraq prezident seçilən keçmiş hüquqşünas 64 yaşlı Mun Çje İn sol qüvvələri təmsil edir. O, Şimali Koreya ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınsa da, vəziyyətin müharibə həddinə çatması siyasətçinin bu sahədə fəaliyyətini çətinləşdirir.