XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 17:47

Dünyanın ən kök adamı mədəsindənəməliyyat olunub

Dünyanın ən kök adamı, çəkisi 600 kiloqrama yaxın olan Juan Pedro Franko Meksikada mədəsinin şuntlanması üzrə əməliyyat olunub.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 33 yaşlı Pedro cərrahi müdaxiləyə hazırlıq qismində 3 ay sərt pəhriz saxlayaraq çəkisini 175 kiloqram azaltmağa müvəffəq olmuşdu. Cərrah Xose Kastaneda əməliyyatın uğurla keçdiyini deyib. Onun sözlərinə görə, indi hər şey orqanizmin dəyişikliyə necə reaksiya verəcəyindən asılıdır.

Yerli KİV-lərin məlumatına əsasən, meksikalı 6 ildən artıqdır ki, piylənmə səbəbindən yataqdan qalxa bilmir.

Pedro hələ uşaq vaxtından kökəlməyə başlayıb. Hələ 6 yaşında çəkisi 60 kiloqrama çatan Juan Pedro 17 yaşında keçirdiyi avtomobil qəzasından və ağır pnevmoniyadan sonra sürətlə kökəlməyə başlayıb. O, həkimlərin köməyi ilə normal həyata qayıdacağına inamını itirməyib.