Dünən Rusiyanın Xabarovsk şəhərinin hava limanında iki təyyarə toqquşub.
Strateq.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Aeroflot” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi uçuş zolağında hərəkət edərkən “AN-26” tipli təyyarənin qanadına toxunub.
İnsident zamanı hər iki təyyarəyə ziyan dəysə də, sərnişinlər arasında ölən və ya xəsarət alan olmayıb.
“Boeing 777” təyyarəsi Moskvaya uçmagı planlaşdırırdı. Hazırda sərnişinlərin başqa təyyarə ilə yola salınmasına çalışılır.