XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 18:03

Rusiyanın beynəlxalq ehtiyatları ötən ay3 mlrd. dollardan çox artıb

Rusiyanın beynəlxalq ehtiyatları ötən ay 3,091 mlrd. ABŞ dolları artaraq bu il mayın 1-nə 400,998 mlrd. dollar təşkil edib.

Bu barədə “Report” Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, Rusiyanın ehtiyatları ötən ildən artmağa başlayıb. Bu rəqəm 2016-cı ildə 9,432 mlrd. dollar və yaxud 2,5% artaraq 368,399 mlrd. dollar olub.

Halbuki, 2015-ci ildə ehtiyatların həcmində 4,5% azalma baş verib.