ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Vaşinqtonda görüşü başa çatıb.
“Report” xəbər verir ki, bu barədə RİA "Novosti” məlumat yayıb.
“Moskvada Rusiya ilə ABŞ arasında başlayan danışıqlar Vaşinqtonda davam edir”,- Reks Tillerson bildirib.
Diplomatlar Suriya, Ukrayna və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.
Bu görüşdən sonra ABŞ Prezidenti Donald Trampla görüşmək üçün rusiyalı nazir Ağ evə gedib.
Qeyd edək ki, R.Tillersonla S.Lavrov arasındakı əvvəlki görüş bu ilin aprelində Moskvada keçirilib.