Ermənistan Atom Elektrik Stansiyası (AES) mayın 10-dan plan üzrə illik təmir və yanacaq doldurulması üçün dayandırılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AES bu il iyunun 9-da yenidən fəaliyyətə başlayacaq.
Ümumiyyətlə, 2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilib.
Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyasnın 2026-cı ildək istismar ediləcəyi haqqında qərar qəbul edib.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Ermənistan AES fəaliyətini davam etdirir.