Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tillersonla Suriyada deeskalasiya zonalarının yaradılması məsələsini müzakilə edib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Suriya barədə ətraflı danışdıq. Həmçinin deeskalasiya zonalarının yaradılması ideyası ətrafında da müzakirə apardıq. Hesab edirik ki, bu, Suriya Ərəb Respublikasının ərazisində zorakılığa son qoyulması istiqamətində addım olmalıdır, humanitar problemləri həll etmək və Təhlükəsizlik Şurasının 2254 nömrəli qərarı əsasında siyasi nizamlanma istiqamətində möhkəm zəmin yaratmağa kömək etməlidir", – S.Lavrov Vaşinqtonda keçirilən mətbuat konfransında deyib.