XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 15:49

BMT baş katibinin xüsusi nümayəndəsi:"Suriya üzrə danışıqların növbəti mərhələsi Cenevrədə keçiriləcək"

Suriya üzrə danışıqların növbəti mərhələsi mayın 16-19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura mayın 11-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu mərhələ əvvəlkilərlə müqayisədə çox qısa olacaq: “Müzakirələrin işgüzar keçməsi nəzərdə tutulub”.

Xüsusi nümayəndə bildirib ki, danışıqların keçirilməsi tarixi planlaşdırılarkən müsəlmanların Ramazan ayı nəzərə alınıb.