XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 18:04

Daxili işlər nazirinin müavini:"Gürcüstan Yuri Lujkovun adını "qara siyahı"ya salacaq"

Gürcüstan Moskvanın sabiq meri Yuri Lujkovun adını “qara siyahı"ya daxil edəcək.

Bunu Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili deyib.

Qeyd edək ki, Y .Lujkov həyat yoldaşı və dostları ilə birlikdə may tətilləri zamanı Gürcüstana səfər edib. O, aramey dilində dini mərasimi izləmək üçün gürcü monastırını ziyarət edib. Moskvanın sabiq meri Gürcüstan Patriarxlığında da olub. Səfər ölkədə etirazlara səbəb olub, çünki Y. Lujkov daha əvvəl Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyaya qanunsuz səfərlər edib. Gürcüstan qanunvericiliyinə əsasən rəsmi Tiflisin icazəsi olmadan bu ərazilərə səfər edən şəxslərin iri məbləğdə cərimələnməsi, yaxud 4 ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

“Hazırkı mərhələdə baş verənlər onun vaxtilə "qara siyahı"ya daxil edilməməsi ilə əlaqədardır. Biz onun adını bu siyahıya əlavə edəcəyik və o, Gürcüstana bir daha daxil ola bilməyəcək”, – deyə Ş. Xutsişvili söyləyib.

APA