XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 08:05

Sergey Lavrov Yerevanda: Dağlıq Qarabağ müzakirə ediləcək

 

Lavrov_22.jpg

 

Bu gün Yerevana işgüzar səfər edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla danışıqları keçiriləcək.

Strateq.az Ermənistan XİN mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, görüş əsnasında qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Rusiya xarici siyasət idarəsi başçısının Ermənistan prezidenti Serj Sarkisyanla görüşü də gözlənilir. Rəsmi məlumatda səfərin gündəlik məsələləri açıqlanmır. Lakin Ermənistan və Rusiya informasiya agentlikləri əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ məsələsi olacağını qeyd edirlər.

Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda Ermənistan və Azərbaycan hərbi bölmələrinin qarşıdurma xəttində gərginlik davam edir.

Bunun fonunda Rusiya, ABŞ və Fransa nümayəndələrinin həmsədrlik etdiyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu bu ilin sonunadək Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün hazırlandığını bəyan edib.