XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 08:09

Putin Misirə uçuşları qadağan edən fərman imzalayıb

 

putin forum.jpg

 

Rusiya Prezidenti Vladimir Putin noyabrın 8-dən Misirə təyyarə uçuşlarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzalayıb.

Strateq.az Rusiya prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, fərmana əsasən turoperatorlara və turizm agentliklərinə Misir Ərəb Respublikasına turların satışından çəkinmək tövsiyə olunur. Həmçinin hökumətə Misirdəki Rusiya vətəndaşlarının geri qayıtması ilə bağlı tədbirlər görmək tapşırılır.

Bu günlərdə təyyarələr Qırmızı dənizin sahillərindən minlərlə insanı daşıyır. Söhbət evakuasiyadan getmir. Hər kəs öz vaxtında, amma xüsusi rejim üzrə və baqajsız uçur. Sərnişinlərin yükləri isə ayrıca təyyarə ilə daşınır.

Böyük Britaniya, Almaniya, Fransa və bir sıra digər Avropa ölkələri də Misirə turistik uçuşları Rusiyaya məxsus A321 təyyarəsinin qəza səbəbləri tam aydınlaşanadək dayandırıb.