XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2017 - 19:23

ABŞ mətbuatı: “Amerika Türkiyə ilə YPG-yə görə “bazarlıq” etmək istəyib –Ankaradan rədd cavabı

ABŞ mediası  PKK/YPG-yə veriləcək silahlar üçün Türkiyəyə zəmanət verildiyini, əməliyyatlar sona çatdıqdan sonra, terrorçulardan silahların geri alınacağını yazıb.

ABŞ mətbuatının yazdığına görə, Birləşmiş Ştatlara gedən  türk nümayəndə zəmanət verilsə də, Türkiyə rəsmiləri bununla razılaşmayıb.

ABŞ mediası Birləşmiş Ştatlar hökumətinin Türkiyəyə verdiyi zəmanətləri də açıqlayıb.

1. PKK/YPG-yə veriləcək silahların hamısı sayılacaq və qeydiyyat altına alınacaq.

2. Silahların sayı əməliyyatın zərurətinə uyğun olacaq. Sadəcə, yetərli sayda silah veriləcək. İstifadə qaydaları ABŞ əsgəri tərəfindən yoxlanacaq.

3. Veriləcək silah və sursatın başqa bir yerdə istifadə edildiyi ortaya çıxarsa bütün silah axını kəsiləcək.

4. Rakka əməliyyatı bitər bitməz YPG-nin  əlində qalan bütün ağır silahlar alınacaq.

5. Rakka İŞİD-dən alındıqdan sonra bu şəhərdə PKK/YPG-lilər qalmayacaq. Şəhərin rəhbərliyi və təhlükəsizliyini suriyalı ərəblər təmin edəcək.

Məlumata görə, ABŞ-a gedən türk rəsmilər bu təklifləri qəbul etməyib. Türk rəsmilər ABŞ-dan PKK/YPG ilə əlaqələri dayandırmağı tələb edərək, Raqqanı Türkiyə ordusu ilə suriyalı müxaliflərin birgə azad etməsini təklif edib.

Bu arada ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Con Dorrian terror təşkilatı PKK/YPG-yə veriləcək silahların bir qisminin Suriyada olduğunu və silahların İŞİD-lə  mübarizə tamamlandıqdan sonra geri alınmayacağını deyib.

Avropa.info