Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb.
Hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb.
Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb.
Məlumatda 5 PKK terrorçusunun ölü ələ keçirildiyi qeyd olunub.
Report