Avropa liderləri Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağı düşünürlər. Avropa Birliyinin dekabr sammitində bu məsələ ilə bağlı yekun qərar veriləcək.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti məlumat verib.
Avropa Birliyi liderləri hesab edir ki, sanksiyalar yalnız Minsk razılaşmasına əməl olunacağı və Rusiya-Ukrayna sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə icazə veriləcəyi təqdirdə yüngülləşdirilə bilər.
Məlumatda o da bildirilir ki, sanksiyaların uzadılmasını Almaniya kansleri Angela Merkel də dəstəkləyir.