XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 10:52

İranın dini lideri Xameneyi:“Qanun pozuntusu olsa seçkilər bizim zərərimizə bitəcək”

“Düşmənlər bilməlidirlər ki, İrana təcavüz fikrinə düşərlərsə, sərt reaksiya ilə üzləşəcəklər”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri  İranın ali dini lideri Xameneyi İmam Hüseyn Universitetinin zabit məzunlarının qarşısında çıxışı zamanı bildirib.

Xameneyi ölkənin hərbi qüdrətini mühüm amil adlandırıb: “İslam Respublikasının raket potensialını qoruyacaq və onu artıracağıq”.

O qeyd edib ki, bu gün İran dövlət olaraq siyasət, iqtisadiyyat, silahlı qüvvələr, beynəlxalq və regional proseslərdə böyük söz sahibidir. Xameneyinin sözlərinə görə, ölkənin düşmənlərinin qısa, orta və uzunmüddətli məqsədləri İranda islam quruluşunun əsasını dəyişdirmək, iqtisadiyyat və vətəndaşların məişəti və İranın təhlükəzisliyinə zərbə vurmaqdır.

Xameneyi mayın 19-da keçiriləcək prezident sçkilərinə də toxunub. Onun sözlərinə görə, əgər  vətəndaşların seçkilərdə iştirakı qanun sərhədlərinə riayət çərçivəsində olarsa kampaniya ölkənin hörmət mənbəyi olacaq: “Lakin seçkilərdə qanun pozuntusu və etikasızlıq olarsa və öz sözlərimizlə düşməni ümidvar etsək seçkilər bizim zərərimizə bitəcək”.