ABŞ-da keçirilən genişmiqyaslı xüsusi əməliyyatlar nəticəsində 1378 nəfər həbs edilib.
Anadolu agentliyi xəbər verir ki, əməliyyat ABŞ Milli Təhlükəsizlik İdarəsi tərəfindən həyata keçirilib və bu günə qədər reallaşdırılan ən böyük əməliyyat olub.
Həbs olunanların 900 nəfəri ABŞ vətəndaşıdır. Əməliyyatlar nəticəsində 238 silah, 270 kiloqram narkotik vasitə müsadirə olunub.