XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 16:22

Kreml İsrailin tələbinə boyun əyib? –İsraillə sərhəddəki İran və Türkiyə zabitləri ruslarla əvəzlənir

Debka.com

 

Bu həftə Moskva Rusiyanın Suriya üçün təklif etdiyi, İsraillə sərhəddəki hərbisizləşdirilən zonaya nəzarət etmək üçün İran və Türkiyə zabitlərinin yerləşdirilməsi ilə bağlı İsrailin narahatlığına cavab verib.

Bu narahatlıq baxımdan "DEBKAfile"ın hərbi və kəşfiyyat mənbələri qeyd edir ki, Rusiya son bir neçə gündə yüksək səviyyəli əlaqələrlə dağlıq ərazilərdə iranlı və türk müşahidəçiləri rus zabitləri ilə əvəz etməyə razılaşıb. Bu, İsrailin Livan və Suriya sərhədləri ilə birləşdiyi Hermon rayonundakı sahələrdir.

Təklifdə, həmçinin Colan təpələrində İsrail və Suriya arasında atəşkəsə nəzarəti həyata keçirən BMT qüvvələrinin (UNDOF) genişləndirilməsinə çağırış var.

Məlum olduğu kimi, Rusiya hərbçiləri Suriyada dörd təhlükəsiz zona yaratmağa hazırlaşır. Cənub sahəsi Suriyanın İsrail və İordaniya ilə sərhədləri boyunca yerləşəcək. Bu məsələ mayın 11-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampdövlət katibi Reks Tillerson ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun danışıqlarında gündəmə gəlib. Bir gün əvvəl isə Rusiya prezidenti Vladimir Putinİsrail baş naziri Binyamin Netanyahu arasında həmin mövzuda telefon danışığı olub.

ABŞ Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford də bu həftə İsrailə səfəri zamanı, İsrail Baş Qərargahının rəhbəri general Qayd Ayzenkottun qonağı olarkən, Vaşinqton, Moskva və Qüds arasında atəşkəs zonaları üzrə fikir mübadiləsinə cəlb edilib. Mayın 9-da Danford bildirib ki, "İsrail sərhədinə yaxın İran və ya İran dəstəkli "Hizbullah" qüvvələrinin mümkün yerləşdirilməsindən narahatdır".

Putin və Lavrov vəd veriblər ki, nə İran, nə iranpərəst, nə də Türkiyə zabitlər İsrail sərhədinə yaxın bölgələrdə yerləşdirilməyəcək. 

"Debka"nın hərbi mənbələri bildirir ki, mayın 11-də Vaşinqton, Moskva və Qüds arasında danışıqlar zamanı hər üç tərəf Rusiya təklifini müzakirə etməyi davam etdirmək barədə razılığa gəlib.

Müzakirə mövzuları arasında qaldırılmış digər bir məsələ İsrail-İordaniya və İsrail-Suriya sərhədləri yaxınlığındakı Yərmuk sahəsində İŞİD-ə sədaqət and seçmiş "Xalid bin Vəlid ordusu" ilə kimin məşğul olacağı mövzusu olub.

 

Tərcümə: Strateq.az