XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 18:15

Kot d-İvuarda hərbçilər qiyam qaldırıb

Kot d-İvuar Milli Təhlükəsizlik Şurası ölkə prezidenti Alassan Uttaranın başçılığı ilə fövqəladə iclas keçirib.

Fövqəladə iclasın çağırılmasına səbəb ölkədə hərbçilərin iştirakı ilə qiyamın başlanmasıdır.

Qiyam ötən gecə ölkənin bir neçə şəhərində vüsət alıb. Qiyam edən hərbçilər onlara verilməli olan pul mükafatlarının ödənilməsini tələb edirlər. Hazırda onlarla danışıqlar bir nəticə verməyib. Hərbçilər kazarmaları tərk edərək şəhərin küçələrində əli silahlı gəzirlər.