XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2017 - 21:05

Azərbaycan almasını ölkəyə buraxdığına görə erməni dövlət məmuru həbs edilib  

Ermənistan Dövlət Gömürk Komitəsinin məmuru Azərbaycandan ölkəyə qanunsuz alma idxalı zaman rüşvət almaqda şübhəli blinərək həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Komitəsinin mətbuat xidmət məlumat yayıb.

Bildirilib ki, Ermənistan Gömrük Komitəsinin Baqrataşen bölməsinin buraxılışa nəzarət idarəsinin müfəttişi və bu qurumun növbə rəisi də Azərbaycan almalarının Ermənistana qanunsuz yolla keçməsində külli məbləğdə rüşvət almaqda şübhəli bilinirlər. Bu məsələdə adları hallanan dövlətin üç məmuru barədə həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, Ermənistanın uyğun qurumları Azərbaycandan bu ölkəyə məhsul idxalının qadağan edilmədiyini bildirir. Onlar bu məsələdə seçimi satıcıların və alıcıların ixtiyarına buraxıb.