XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2017 - 13:02

ABŞ Səudiyyə Ərəbistanına 300 milyardlıqsilah satacaq

ABŞ Səudiyyə Ərəbistanına 100 milyard dollarlıq silah və hərbi texnika satmağa hazırlaşır.

Bu barədə "Reuters" agentliyi Ağ Evdəki yüksək vəzifəli rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, bu istiqamətdə sazişlərin bağlanması son mərhələdədir.  

Yaxın on ildə isə Birləşmiş Ştatlar krallığa 300 milyard dollarlıq silah-sursat satmağı planlaşdırır.

Sazişlərin bağlanması ABŞ prezidenti Donald Trampın Səudiyyəyə səfərinə də təsadüf edə bilər. Qeyd edək ki, Trampın krallığa səfəri gələn həftə başlayır(azadliq.info).