XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2015 - 13:51

Tacikistanda məmurlar öldürüldü – Hücum edilənlərin tapılması üçün mükafat veriləcək

Tacikistanda səfərbərlik komissiyasının iki rəsmisi paytaxt Düşənbədə bıçaqlanaraq öldürülüb.

Müdafiə Nazirliyinin sözçüsü Faridun Mahmadaliev noyabrın 9-da bildirib ki, bıçaqla silahlanmış naməlum şəxslər noyabrın 7-də komissiyanın 4 üzvünə hücum çəkib. Onlardan ikisi öldürülüb, ikisi ciddi yaralanıb. Hücum Düşənbə küçələrində baş verib.

Mahmadaliev deyib ki, hücumçuların tutulmasına gətirəcək informasiyaya görə 10 min dollar mükafat təyin olunub. O, hücumun oktyabrın 1-də başlanmış 10 həftəlik səfərbərliklə əlaqəsi olmadığını söyləyib.

Xatırladaq ki, illərdir hakimiyyət gəncləri zorla saxlayıb orduya göndərməkdə ittiham olunur. 18-27 yaşlı kişilər azı iki il hərbi xidmət keçməlidirlər. Ancaq son illər ordudan yayınma geniş yayılıb (azadliq.info)