Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Muğla-Antalya avtomobil yolunun Sakarkeçidi ərazisində baş verib.
Muğla valisi mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 17 nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını açıqlayıb.
Hadisə yerinə təcili yardım və xilasedici briqadaları cəlb olunub.