Nyu-York metrosunda naməlum şəxs odlu silahdan atəş açaraq bir nəfəri öldürüb, iki nəfəri yaralayıb.
Strateq.az xəbər verir ki, bu barədə «Fox News» Nyu-York polisinə istinadən məlumat yayıb.
Cinayətkar hadisə yerindən qaçıb, polis axtarışları davam etdirir.
Son vaxtlar ABŞ-da odlu silahla törədilən cinayətlərin sayı artıb. Prezident Barak Obama silah istifadəsi ilə bağlı qanunvericiliyin sərtləşdiriləcəyini bəyan edib.