XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2017 - 16:15

Türkiyə:avtobus qəzası nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb

Türkiyənin Marmaris bölgəsində baş verən avtobus qəzası nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, 11 nəfər yaralanıb. Qəzaya uğrayan avtobusun turistləri daşıdığı bildirilir.

Azərtac xəbər verir ki, Muğla valisi Çiçek NTV telekanalına açıqlamasında ölənlər arasında xarici turistlərin olmadığını deyib. Onun sözlərinə görə, avtobusdakı turist qrupunun əksəriyyəti qadın və uşaqlardan ibarət olub. Onlar İzmirdən Marmarisə gedirmişlər.

Xatırladaq ki, turist avtobusu bu gün Muğla-Antalya avtomobil yolunda uçuruma yuvarlanıb. Qəzanın sürücünün səhvi ucbatından baş verdiyi ehtimal edilir.