XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2017 - 17:35

“WannaCry” virusu Almaniya Dəmir Yollarından dayan keçməyib

Almaniyanın "Deutsche Bahn" (DB) dəmir yol konserni, cümə günü, mayın 12-də bütün dünyada müxtəlif müəssisə və təşkilatlara şiddətli kiberhücumların arxasında dayanan xakerlərin növbəti qurbanı olub. DB-nin bir sıra kompüter sistemlərinə yoluxdurulmuş "WannaCry" (WannaDecrypt0r) proqramı ondan yaxa qurtarmaq müqabilində pul tələb edir.

“Funke Mediengruppe” nəşrinin bu gün verdiyi məlumata görə, şirkətin yeddi regional dispetçer mərkəzindən azı biri zərbə altına alınıb. Hannoverdə idarəetmə sistemlərinin hamısı sıradan çıxarılıb, kompüterlərin bir qismini söndürmək qərara alınıb. Kiberhücum ilk növbədə şimal istiqamətində hərəkət edən qatarların rejiminə təsir göstərib. Hadisənin dəqiq miqyası hələ müəyyən edilməlidir (azərtac).