XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2017 - 18:24

Moskva metrosunun ildönümü ilə əlaqədarqatarların paradı və sərgisi keçirilir

Bu gün Moskvada metropolitenin ildönümü ilə əlaqədar qatarların paradı keçirilir. Parad iki gün davam edəcək.

Azərtac "vistanews.ru"ya istinadla xəbər verir ki, bu cür parad bu il üçüncü dəfə keçiriləcək. Paytaxt metropoliteninin rəisi Dmitri Peqovun sözlərinə görə, bu tədbirlər sərnişinlərə Moskva metropoliteninin bütün səyyar tərkibini görməyə imkan verir. Bu gün, həmçinin metropolitenin təsərrüfat qatarlarının və retro-vaqonların ikigünlük sərgisi açılıb.

Qeyd edək ki, mayın 15-də Moskva metrosu özünün 82 yaşını qeyd edəcək. Lakin bayram parad və sərgi ilə kifayətlənməyəcək.