İtaliyanın antiinhisar idarəsi “WhatsApp” messencerini cərimələyib.
İKT.lent.az-ın ANSA-ya istinadən verdiyi xəbərə görə, populyar messencer İtaliya dövlətinə 3 milyon avro məbləğində cərimə ödəyəcək. Səbəb “WhatsApp”ın istifadəçilərə öz şərtlərini “sırıması” ilə bağlıdır.
Xatırladaq ki, İtaliya daha öncə ABŞ-ın “Apple” və “Google” şirkətlərini də böyük miqdarda cərimələyib. “WhatsApp” isə “Facebook” şirkətinə məxsusdur.