XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2017 - 04:44

Şimali Koreya daha bir ballistik raket sınağı keçirdi –ABŞ raketin tipini müəyyən edə bilməyib

Şimali Koreya növbəti dəfə orta mənzilli ballistik raketi sınaqdan keçirib. 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, raket ölkənin şimal-qərbindəki Kuson yaşayış məntəqəsinin yaxınlığında yerləşən poliqondan Yaponiya istiqamətində buraxılıb. Tipi məlum olmayan raket 1000 km hündürlükdə 700 km məsafəni qət edərək Yapon dənizi akvatoriyasına düşüb.     

Bəzi məlumatlara görə, sınaqdan keçirilən sursat “KN-17” tipli orta mənzilli ballistik raketdir.

Pentaqon nümayəndəsi Şimali Koreyanın naməlum tip ballistik raketi sınaqdan keçirdiyini iddia edib.