XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2017 - 22:35

Asiya İnfrastruktur İnvestisiyaları Bankına7 yeni üzv qəbul edilib

Çinin aparıcı rol oynadığı Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) bildirib ki, quruma yeddi yeni üzv qəbul edilib. Hazırda onun sıralarında 77 ölkə və ərazi birləşib.

Üzvlərin sayına görə AİİB özündə 67 ölkə və ərazini birləşdirən, Yaponiya və ABŞ-ın rəhbərlik etdiyi Asiya İnkişaf Bankını ötüb.

AİİB-in prezidenti Çzin Liçyun Çili prezidenti Mişel Baçelet ilə birlikdə mayın 13-də keçirdiyi mətbuat konfransında Çili və Yunanıstan da daxil olmaqla, yeni üzvləri elan edib.

Çzin Liçyun deyib ki, Afrika, Avropa, Cənubi Amerika ölkələri də daxil olmaqla, Asiyadan yeni üzvlərin qəbulu bankın missiyasına böyük maraq olduğunu təsdiqləyir(azərtac).