XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 May 2017 - 23:33

Mosulda İŞİD rəhbərinin köməkçisiməhv edilib

İraqda İŞİD liderinin köməkçisi məhv edilib.

"Report"un məlumatıına görə, bu barədə "AlSumaria" telekanalı Diyala vilayəti administrasiyası təmsilçisinə istinadən xəbər verib.

Məlumata görə, Zarkaui əl-Xalis kimi tanınan ekstremist hava zərbələri zamanı 4 əlaltısı ilə birlikdə məhv edilib. "Briqada generalı olmuş silahlının, habelə onun 4 köməkçisinin Mosulun qərb hissəsinə endirilmiş hava zərbələri zamanı öldürülməsi barədə təsdiq olunmuş informasiya var" – deyə vilayətin şərq hissəsinin şəhər meri bildirib.

Qeyd edək ki, o, Səddam Hüseynin hakimiyyəti dövründə ölkənin güc strukturlarının zabiti olub. Əl-Xalis 2014-cü ildə İŞİD-ə qoşularaq Mosula gəlib və burada qruplaşmanın yüksək vəzifələrindən birini tutub.