XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2017 - 20:45

Əfqanıstanın təhlükəsizlik qüvvələri 70-dən çoxsilahlını zərərsizləşdirib

Əfqanıstanın 9 vilayətində sutka ərzində keçirilmiş hərbi əməliyyatların gedişində 73 silahlı zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "TASS" Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatı Gülmənd, Qəndahar, Qunduz, Badahşan, Uruzxan, Badris, Bağlan, Balh və Samanqan vilayətlərində keçirilib.

Bundan əlavə, DİN-in məlumatına görə, Balh vilayətində zərərsizləşdirilmiş islamçıların arasında "Taliban" radikal hərəkatının səhra komandirlərindən olan Mulla Anamulla da var.