XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 09:52

Şimali Koreya yeni tipli ballistik raketı sınaqdan çıxardığını bəyan edib

Şimali Koreya bazar günü sınaqdan çıxardığı raketin böyük nüvə başlığı daşıya bilən yeni tipli cihaz olduğunu bəyan edib.

Dik bucaq altında buraxılmış raket 2000 km hündürlükdə 700 km məsafə qət edib və Yapon dənizinin qərbində suya enib. Şimali Koreya bazar ertəsi onu da deyib ki, bu, "inkişaf etmiş ballistik raketin" bacarıq sınağı idi.

Cənubi Koreya hərbisi Şimalın bu iddialarını təsdiqləyə bilməyib.

Lakin bildirilib ki, Şimali Koreya raketləri qitələrarası ballistik raketlərin hazırlanmasında önəmli sayılan hərəkəti – atmosferə daxil olmaq və çıxmağı bacarır. Şimalın bu il təkrarladığı raket testlərinin hamısı  uğurlu olmayıb. Amma beynəlxalq həyəcan doğurub və ABŞ ilə gərginliyi artırıb.

ABŞ və Yaponiya çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.